Akademik silsiləsi (Baykal)
Akademik silsiləsi — Baykal gölünün şimal və mərkəzi hövzələrini bölən sualtı silsiləsi. Hövzələrin ayrılması, müvafiq olaraq cənub-qərbdən və şimal-şərqdən Akademik silsiləsinə bitişik Olxon və Uşkan adalarını əhatə edən diaqonal bir körpüdür.
== Formalaşma ==
Miosenin əvvəlində indiki Kiçik dəniz boğazı, Olxon adası və Akademik silsiləsinin yerində, kiçik (dərinliyi bir neçə on metrə qədər olan) göllər, habelə torf bataqlıqları əmələ gəlmişdir.
Beləliklə Orta Miosenə qədər (təxminən 8–9 milyon il əvvəl) gələcək sualtı silsilə Baykal gölünün şimal sahili idi. Tədricən göl şimala doğru genişlənməyə başladı. Bunun nəticəsində yeni bir hövzə meydana gəldi. Bu nəticəyə tədqiqatçılar alt çöküntüləri araşdırdıqdan sonra gəlirlər: cənubi və mərkəzi hövzələrdə çöküntülərin qalınlığı təxminən 8 min metr, şimalda isə cəmi 4–5 min metrdir.
Mərkəzi hövzənin şimal sərhədi batdıqca, əvvəlcə Akademik silsilə və Müqəddəs Burun bloklarını ayıran boğaz meydana çıxır, həmçinin Şimal hövzənin daşması da başlayır. Sonra Son Miosendə, (7–9 milyon il əvvəl) massivin ortasında başqa bir boğaz meydana gəlir. Ümumiyyətlə bu sualtı silsilənin əmələ gəlməsi Pleystosennin sonuna qədər davam etmişdir.